Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil qurğuların işinə müdaxilə edən dron yaradılıb


“Bishop Fox” şirkətinin direktoru məsafədən qurğuların təhlükəsizlik sistemində boşluq axtarmaq qabiliyyətinə malik “Danger Drone” (Təhlükəli Dron) adlı kvadrakopter konsepsiyasını hazırlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti mail.ru saytına istinadən xəbər verir ki, Braun “Top Gun” (Ən yaxşı atıcı) filmini izlədikdən sonra belə dron yaratmaq ideyası ağlına gəlib. O, uçan və ətrafdakı qurğulara müdaxilə edən cihaz yaratmaq haqda düşünüb.

Amma təhlükəsizlik sahəsi üzrə mütəxəssis insanların məlumatlarının ələ keçirilməsi üçün qurğu yaratmağı planlaşdırmayıb. Əksinə, o, qurğuların təhlükəsizlik sistemində boşluqların axtarışı üçün pilotsuz təyyarədən istifadəni nəzərdə tutub. Mobil qurğulara havadan müdaxilə edən dron “Raspberry Pi” mini kompüteri əsasında işləyir.

İndi havadan qurğulara müdaxilələr artıb və Braunun sözlərinə görə, “Danger Drone”nun köməyi ilə təhlükəsizlik problemini həll etmək olar. Belə pilotsuz təyyarədən istifadə etməklə “Wi-Fi” şəbəkələrə, mobil qurğulara, kamera və bir çox başqa cihazların işinə müdaxilə etmək olar.

Emil Hüseynov





02/08/16    Çap et