İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi növbəti qrant müsabiqəsinə layihələrin qəbulu davam edir
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi növbəti qrant müsabiqəsi üzrə layihələrin qəbulu davam edir.
Qrant müsabiqəsi çərçivəsində layihələrin təqdim olunması qaydaları ilə əlaqədar Fondda mütəmadi olaraq məlumat sessiyaları təşkil olunur.
Görüşlərdə Fondun əməkdaşları tərəfindən qrant müsabiqəsi çərçivəsində layihələrin təqdim olunması ilə bağlı İKT sahəsində fəaliyyət göstərən sahibkarlara və İKT sahəsində layihələr həyata keçirmək istəyən vətəndaşlara müsabiqə qaydaları, habelə layihə təqdim etmək üçün tələb olunan müvafiq sənədlər barədə geniş məlumat verilir. Qrant müsabiqəsi ilə bağlı məlumat sessiyalarında iştirak etmək istəyənlər İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna (Bakı ş. İnşaatçılar prospekti 4, Azərbaycan) bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək gələ bilərlər.
Layihələri Fondun rəsmi internet səhifəsindəki (
www.ictfund.gov.az) E-qrant bölməsindən təqdim etmək mümkündür.
Müsabiqədə iştirakla bağlı əlavə məlumat almaq üçün
012 538 37 87/88 əlaqə nömrələri və ya i
nfo@ictfund.gov.az elektron ünvanı vasitəsilə Fonda müraciət edə bilərsiniz.
Xatırladaq ki, qrant müsabiqəsinə üç istiqamət – E-xidmətlər üzrə texnologiya və həllərin inkişafı və kommersiyalaşdırılması, innovativ İKT məhsulları nümunələrinin hazırlanması, innovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması istiqamətləri üzrə layihələrin qəbulu
1 sentyabr 2016-cı il tarixədək davam edəcəkdir.