Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Laboratoriya şəraitində miniatür beyin yetişdirilib
Sinqapur alimləri laboratoriya şəraitində yeni miniatür ölçülü beyin yetişdirməyə nail olublar. Uzunluğu 3 mm olan miniatür ölçülü beyindən Parkinson xəstəliyi, həmçinin insanın sinir sisteminin digər pozulmalarının öyrənilməsində istifadə ediləcək.
"ICTnews" Elektron Xəbər Xidməti "newsland.com" saytına istinadən xəbər verir ki, Parkinson xəstəliyi əsasən, yaşlı insanlarda müşahidə olunur. Bu xəstəlikdən əziyyət çəkən pasiyentlərdə neyronların məhvi müşahidə olunur ki, bu da neyromelanin maddəsinin ifrazının azalmasına səbəb olur. Parkinson xəstəliyi səbəbindən əzələ sərtliyi və tremor inkişaf edir, həmçinin pasiyentlərdə dofamin sintezi pozulur.
Sinqapur alimləri ilk dəfə olaraq neyromelanin ifraz edən əsəb hüceyrələri yaratmağa nail olublar. Bundan başqa, yetişdirilmiş miniatür beyində dofamin neyronları uğurla fəaliyyət göstərir. Miniatür beyinin kiçik ölçülü olmasına baxmayaraq, insanda olduğu kimi inkişaf edir.
Alimlər insan beyininin miniatür surətindən bir çox eksperimentlərdə istifadə edə bilərlər.
Emil Hüseynov
04/08/16 Çap et