Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” düz ekranlı smartfonlardan imtina edə bilər


“Samsung” şirkətinin mobil bölməsinin direktoru Don Cin Ko deyib ki, Cənubi Koreya istehsalçısı adi, düz ekranlı qabaqcıl smartfonlar istehsalından imtina edə bilər.

“ICTnews” Elektron Xəbər Xidməti vesti.ru saytına istinadən xəbər verir ki, şirkət “Galaxy S” smartfon xətti üçün kənar hissələri bükük olan displeylərdən istifadəyə dair qərar verib.

Xatırladaq ki, 2015-ci ildə “Samsung” şirkəti “Galaxy S6” smartfonunun həm düz, həm də bükük ekranla təchiz edilmiş versiyasını çıxarmışdı. Gözlənilmədən bükük displeylə təchiz edilmiş “Edge” versiya baha qiymətə satılmasına baxmayaraq, adi versiyadan daha populyar olub. Cari ildə həm 5.5 düymlü “Galaxy S7 edge”, həm də yığcam “Galaxy S7” smartfonunda ekranın kənar hissələri dəyirmi formasındadır. Ancaq sonuncu modeldə ekranın kənar hissələri əlavə funksiya ilə təchiz edilməyib.

Ötən həftə təqdim edilmiş “Galaxy Note7” fabletinin displeyi, həmçinin bükük formasındadır.

Emil Hüseynov





09/08/16    Çap et