Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

1 milyarddan çox monitor haker hücumuna qarşı dayanıqsızdır


Hakerlər kompüterin monitoruna müdaxilə edə və qurbanı izləyə bilər.

Məlum olduğu kimi, kompüter, smartfon və planşetlər kiberhücumlara məruz qalır. Bununla belə, monitorların hakerlər qarşısında dayanıqlığı özünü doğrultmayıb.

“ICTnews” Elektron Xəbər Xidməti securitylab.ru saytına istinadən yazır ki, monitorun əsas vəzifəsi məlumatları qəbul edərək onları piksellərə çevirməkdir. Bununla belə, qurğu bu əməliyyatları yerinə yetirmək üçün öz daxili miniatür kompüterindən istifadə edir və məhz ona müdaxilə etmək olar. “DEF CON” haker konfransında “Red Balloon Security”dən informasiya təhlükəsizliyi üzrə ekspertlər An Suy və Catin Katariya hakerlərin ekranda göstərilən təsviri dəyişdirməsini, monitorda əks etdirilən məlumatları ələ keçirməsini və istifadəçiləri izləməsini nümayiş etdiriblər.

Ekspertlərin məlumatına görə, 1 milyard monitor sözügedən haker hücumuna qarşı dayanıqsızdır, çünki bütün tanınmış istehsalçılar öz məhsullarında hücuma dayanıqsız prosessorlardan istifadə edirlər.

Emil Hüseynov





11/08/16    Çap et