Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2016-cı ildə dünyada istifadə edilən smartfonların sayı 3 milyarda yaxınlaşacaq


“Strategy Analytics” tədqiqat şirkətinin proqnozuna görə, cari ildə dünyada istifadə edilən smartfonların sayı 3 milyarda yaxınlaşacaq.

Ekspertlər məlumat veriblər ki, hələ 4 il bundan əvvəl bu göstərici 1 milyard idi. 2 il sonra istifadə edilən "ağıllı" mobil telefonların sayı 2 milyard təşkil edib.

“ICTnews” Elektron Xəbər Xidməti dailycomm.ru saytına istinadən yazır ki, mütəxəssislərin proqnozuna görə, cari ildə istifadəçilər tərəfindən istifadə edilən smartfonların sayı daha 13% artaraq 3 milyard təşkil edəcək. 2020-ci ildə bu göstərici 4 milyardı ötəcək.

Məlumata görə, dünyada “Android” sistemi ilə işləyən aparatlara tələbat yüksəkdir. “iOS” sistemi populyarlığa görə ikinci yerdə qərarlaşıb, ən böyük smartfon istehsalçısı olan “Samsung Electronics” şirkətinin “Tizen” mobil əməliyyat sistemi qarşıdakı 6 ildə ən sürətli inkişaf edən mobil platformalardan biri olacaq.

“Strategy Analytics” şirkətindən bildirilib ki, təxminən 2018-ci ildə Çində “Linux” sistemi əsasında yaradılmış şəxsi əməliyyat sistemləri istifadəyə veriləcək.

Emil Hüseynov





12/08/16    Çap et