Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Şəffaf dartıla bilən taçpad yaradılıb


Seul universitetinin alimləri tərəfindən hazırlanmış yumşaq dartıla bilən taçpad prototipini bədəndə daşımaq mümkündür.

“ICTnews” Elektron Xəbər Xidməti nplus1.ru saytına istinadən yazır ki, daxiletmə qurğusunun prototipi litium xlorid əlavəsinə malik poliakrilamid gelindən ibarətdir ki, bu da nəmliyi saxlamağa kömək edir və işçi səthin elektrik keçiriciliyini təmin edir. Taçpadın künc hissələrinə zəif dəyişən cərəyan verilir və insan barmağının toxunuşu zamanı dövrə qapanır. Bu halda sensorlar taçpadın künc hissələrindəki cərəyan dəyişikliyini qeydə alır və sistem bu göstəricilərə görə barmaqdan künclərin hər birinədək olan məsafəni hesablayır. Belə yanaşma taçpadın uzunluğundan asılı olmayaraq toxunuş koordinatlarını dəqiq müəyyənləşdirməyə imkan verir.
 
Taçpad gelin elastikliyi sayəsində əvvəlki vəziyyətindən 1000% sahəyədək  dartıla bilir və bu halda işləmək qabiliyyətini saxlayır. Alimlərin sözlərinə görə, müəyyən müddətdən sonra qurğunun işləmək qabiliyyəti cüzi pisləşib.

Yumşaq elastik taçpad elastik elektronika sahəsində tətbiq edilə bilər.

Emil Hüseynov





13/08/16    Çap et