Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“VİA” “Apple” şirkətini patent oğurluğunda ittiham edib


“VİA Technologies” şirkəti “Apple”-a qarşı iddia ilə Delavera (ABŞ) Dairə Məhkəməsinə müraciət edib. Tayvanın mikroçip və məntiq dəstlərinin istehsalçısı “Apple” şirkətini 3 patentin pozulmasında ittiham edir.

“VİA” şirkətinin iddialarına əsasən, “iPhone” smartfonları, “iPad” planşetləri, “iPod” pleyerləri və “Apple” TV konsollarında prosessorların işi ilə bağlı qeyri-qanuni texnologiyalar istifadə olunur.

“Apple” şirkətinə qarşı şikayət, həmçinin ABŞ Beynəlxalq Ticarət Komissiyasına (İTC) göndərilib.

“VİA Technologies”-in tələbi “Apple”-ın pul kompensasiyası ödəməsi və patentləri pozan məhsulların satışlarına qadağa qoymasıdır. Hələ ki "alma" şirkətinin nümayəndələrindən bu məsələ ilə bağlı heç bir şərh verilməyib.




23/09/11    Çap et