Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə və yüksək texnologiyalar naziri Gəncədə vətəndaşlarla görüşəcək


Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə avqust ayının 22-də saat 13:00-da Gəncə şəhərində  Gəncə, Naftalan şəhərləri, Goranboy, Samux, Daşkəsən, Göygöl və Kəlbəcər rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşlarla görüşəcək.
 
Vətəndaşlardan "mincom@mincom.gov.az" elektron poçt ünvanı, 1655 "Çağrı Mərkəzi", 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
 
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:
 
Gəncə şəhərində                   02225 71617
Naftalan şəhərində                02235 22106
Goranboy rayonunda            02224 53106
Samux rayonunda                 02227 51605
Daşkəsən rayonunda            02221 53020
Göygöl rayonunda                02220 55013
Kəlbəcər rayonu üzrə           02226 75099
 
 
nömrəli telefonlara zəng etmələri xahiş olunur.





17/08/16    Çap et