Ucuz, tamamilə şəffaf mikrosxemlər icad edilib
Səudiyyə Ərəbistanının KAUST universitetinin alimləri ucuz və geniş kütlə üçün əlçatan materiallardan istifadə etməklə tamamilə şəffaf mikrosxemlər yaratmağı öyrəniblər.
Belə tranzistorlar gələcəyin evləri üçün “ağıllı” pəncərələr və avtomobillərin qabaq şüşələri üçün kranların yaradılmasında tətbiq edilə bilər.
“ICTnews” Elektron Xəbər Xidməti
unian.net saytına istinadən yazır ki, müasir elektrotexnikada indium oksid-qalay (“ITO”) istifadə olunur, belə ki, o optik şəffaflığı elektrik ötürücülüyü ilə uyğunlaşdırır və sensor displey, günəş panelləri daxil olmaqla bir çox qurğularda tətbiq edilir. Ancaq indium nadir metaldır və texnologiyaya tələbatın artımı ilə birgə onun qiyməti də yüksəlir.
İndiuma daha əlçatan alternativ olan alüminium qatışıqlı sink oksidin səmərəliliyi ondan aşağıdır. Professor Xusam Alşarif və onun həmkarları bu problemi həll etmək üçün atom qatının çökmə texnologiyasını tətbiq ediblər.
"Hazırda tranzistorlarımızın xüsusiyyətləri alüminium qatışıqlı sink oksiddən hazırlanmış kontaktlara malik tamamilə şəffaf tranzistorlar arasında ən yaxşısıdır" – layihənin iştirakçısı Tsenvey Van deyib.
Emil Hüseynov