Messencerlərin auditoriyası sosial şəbəkə istifadəçilərinin sayını ötüb
Dörd ən populyar messencer istifadəçilərinin ümumi sayı ilk dəfə eyni sayda ən nüfuzlu sosial şəbəkələrin auditoriyasını ötüb. “BI Intelligence” şəbəkə biznes resursunun mütəxəssislərinin hesablamaları buna deməyə əsas verir.
“ICTnews” Elektron Xəbər Xidməti “
vistanews.ru” saytına istinadən yazır ki, portalın mütəxəssislərinin fikrincə, messencerlər sosial şəbəkələrdən daha rahatdır. Bundan başqa, onlar hesab edir ki, marketoloqlar messencerlərlə işləməyə üstünlük verirlər. Həmçinin məlumata görə, sosial şəbəkələr gənc auditoriya arasında bir o qədər populyar deyil.
Mütəxəssislər, həmçinin bildiriblər ki, indi marketoloq və media şirkətləri “Facebook” və “Twitter” kimi sosial şəbəkələrlə əməkdaşlığa üstünlük verir. Ancaq vaxt keçdikcə bu vəziyyət messencerlərin xeyrinə dəyişə bilər, çünki messencerlərdə elan verənlərin istifadəçilərlə qarşılıqlı əlaqə yaratması üçün yeni imkanlar istifadəyə verilir.
Emil Hüseynov