Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alimlər videoda insanın baxış istiqamətini dəyişdirməyə nail olublar


Skolkovo Elm və Texnologiya İnstitutunun (Skoltex) alimləri tərəfindən hazırlanmış alqoritm real vaxt rejimində videotəsvirdə insan baxışının istiqamətini dəyişdirir.

“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru”  saytına istinadən yazır ki, videorabitə (məsələn, “Skype”) ilə danışıq zamanı həmsöhbətimiz adətən kameraya deyil, ekrana baxır və bunun nəticəsində onun baxışı ya aşağı, ya da kənara zillənmiş olur. Eyni anda mətn oxumalı və tamaşaçılara baxmalı olan televiziya diktorları da oxşar problemlə üzləşir.

“Skoltex”in alimləri kompüterin neyron şəbəkəsinə əsaslanan sistem yaradıblar. İlk öncə xüsusi alqoritmin köməyi ilə kadrda gözün sahəsi məhdudlaşdırılır və xarakterik nöqtələr toplusu hesablanır. Bu məlumatlar  neyroşəbəkəyə daxil olur və sonuncu insanın baxış istiqamətini dəyişir.
 
İstehsalçılar hesab edirlər ki, onların layihəsi yalnız videorabitə üçün deyil, həm də foto və kino sənayesi üçün zəruridir.

Emil Hüseynov





26/08/16    Çap et