Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Havanın keyfiyyətinə nəzarət qurğusu təqdim edilib


“Dyson” şirkəti otaqda temperatur və havanın vəziyyətini izləməklə insan üçün ideal şəraiti müstəqil yaradacaq yeni qurğu hazırlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, “Pure Hot+Cool Link” adlanan yeni qurğu tozcuq, kif və 0,3 mikrometr ölçüsündə bakteriyalar kimi potensial təhlükəli zərərli hissəciklərin 99,97 faizini ələ keçirə bilir. Belə mühafizənin təmini məqsədilə qurğu özündə havanın filtrasiyası üçün borosilikat mikroliflər, karbon qranulları və dəlinmiş “ABS” plastiki birləşdirən 360 dərəcəlik "HEPA” filtrlərindən istifadə edir. Analoji filtrdən “Tesla Model X” elektromobillərində də istifadə olunur.

Qurğunun daxilində yerləşən ötürücülər otaqdakı hava axınını vaxtında tənzimləmək və havanın keyfiyyətini bərpa etmək üçün çirkləndirici maddələri və havanın vəziyyətinin dəyişməsini avtomatik aşkarlayır. Evdə havanın vəziyyətinin monitorinqi üçün istifadəçi havanın keyfiyyətini istəyə uyğun səviyyədə qurmağa, qurğudan istifadə statistikasına baxmağa və istənilən vaxt havanın vəziyyətini izləməyə imkan verən “Dyson Link App” smartfon əlavəsindən yararlana bilər.

Bundan başqa, istifadəçilər otaqlarda temperaturu “Pure Hot+Cool Link” vasitəsilə tənzimləyə bilərlər. Bu məqsədlə qurğu termostat və daxildə olan havanı qızdırmağa və ya soyutmağa imkan verən sistemdən istifadə edir. Sistem isidilmiş və ya soyudulmuş havanı bir istiqamətdə buraxdığı halda qurğunun əks tərəfi yeni havanı sovurmağa başlayır.

Sentyabrda satışına başlanılması planlaşdırılan qurğunun pərakəndə satış qiyməti 600 dollar təşkil edəcək.

Nizam Nuriyev 





29/08/16    Çap et