Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alimlər klaviaturada düymələrə sıxmanı ələ keçirməyə nail olublar


Miçiqan Universiteti və Nankin Universitetində işləyən alimlər qrupu klaviaturada hansı düymələrə sıxılmasını ələ keçirmək üçün yeni üsul aşkar edib. Hücumu həyata keçirmək üçün hazır kompüter avadanlığı və standart “Wi-Fi” qoşulmadan istifadə kifayətdir.

Alimlər tərəfindən hazırlanmış “WiKey” texnologiyası mükəmməl olmasa da, amma nəzarət edilən mühitdə düymələrə sıxmanı 97.5%, real şəraitdə isə 77.5% dəqiqliklə müəyyənləşdirməyə imkan verir. “WiKey” hərəkət və jestlərin tanınması üzrə başqa texnologiyalardan fərqli olaraq, klaviaturada düymələrə sıxma kimi daha kiçik hərəkətləri də “tanıyır”.

Alimlər hücumu həyata keçirmək üçün ucuz əlçatan avadanlıq (“TP-Link WR1043ND” marşrutlayıcısı və “Lenovo X200” noutbuku) və “802.11n/ac Wi-Fi” protokolundan istifadə ediblər.

Emil Hüseynov





29/08/16    Çap et