Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nielsen”: “Televiziya məhv olmayacaq, amma internetə inteqrasiya edəcək”


2017-ci ildə ABŞ-da aktiv televiziya tamaşaçılarının sayı artacaq. Hesabat dövrünün sonuna yaxın bu göstərici 118.4 milyona yaxınlaşacaq. “Nielsen” agentliyinin analitikləri belə qənaətə gəliblər.

“ICTnews” Elektron Xəbər Xidməti “searchengines.ru” saytına istinadən yazır ki, həmçinin tədqiqat şirkətinin məlumatına görə, cari ildə ABŞ-da televiziya tamaşaçılarının sayı 116.4 milyon təşkil edib. Bundan əvvəl şirkətin nümayəndələrinin iddiasına görə, ABŞ əhalisinin sayının artmasına baxmayaraq, televiziya auditoriyası azalmağa başlayıb.

Bununla belə başqa tədqiqat şirkətlərinin hesabatlarına əsasən, televiziya erası öz sonuna yaxınlaşıb; tamaşaçı auditoriyasınınsayı azalmağa başlayıb; televiziya kanalları öz abunəçilərini, verilişlər isə baxış sayını itirir. “Nielsen” şirkətinin analitikləri yalnız ənənəvi və kabel televiziyasının auditoriyasını deyil,  həm də internet TV məzmununun istehlakçılarının sayını hesablayırlar.

Tədqiqat tamaşaçı auditoriyasının ənənəvi və kabel televiziyasının məzmununa marağının azalması ilə bağlı trendi təkzib etmir. Eyni zamanda inkar etmək olmaz ki, indi şəbəkədə yeni yayım formatları yaradılır və televiziya yaxın illərdə konsepsiya kimi mövcudluğunu dayandırmayacaq.

Emil Hüseynov





30/08/16    Çap et