Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil telefonların köməyi ilə yolların xəritəsini hazırlamaq mümkün olacaq


ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun elmi işçiləri “Ford Motor Company” korporasiyasından olan mühəndislərlə birgə mobil telefonların köməyi ilə şəhər sakinlərinin istifadə etdiyi yolların xəritəsini hazırlamağa nail olub.

“ICTnews” Elektron Xəbər Xidməti “planet-today.ru” saytına istinadən yazır ki, Bostonun yerli sakinləri 6 həftə ərzində unikal sınaqda iştirak ediblər. Elmi işin müəllifləri yerli sakinlərin cihazına xüsusi hazırlanmış proqramlar qurublar. Nəticədə alimlər sınaqda iştirak edənlərin müxtəlif şəhər rayonlarında hərəkətini izləyə biliblər.

Elmi iş nəticəsində hazırlanmış xəritəni Boston hakimiyyəti xeyli pul vəsaiti xərcləməklə bir neçə il müddətinə hazırlaya bilərdi.

Emil Hüseynov





30/08/16    Çap et