Daha güclü və qənaətcil prosessorlar təqdim edilib
“Intel” şirkəti “Kaby Lake” kod adı ilə “Core” prosessorlarının yeddinci nəslini təqdim edib. Yeni çiplər əvvəlki nəsil ilə müqayisədə daha güclü və qənaətcildir.
“ICTnews” Elektron Xəbər Xidməti “
4PDA” resursuna istinadən yazır ki, şirkətin baş meneceri Navin Şenoy bildirib ki, fərdi kompüterlər ətrafdakı bütün dəyişikliklərə uyğunlaşır. Çünki, “Intel” əsas diqqəti virtual reallıq və “4K” formatının dəstəklənməsinə yönəldib.
Həmçinin şirkət ilk növbədə “ikisi birində” qurğular və ultranazik noutbuklar üçün nəzərdə tutulan “Kaby Lake” mobil çiplərini nümayiş etdirib. İstehsalçı nümayəndələrinin sözlərinə görə, artıq ilin sonunadək 10 mm qalınlığında noutbuklar satışa çıxarılacaq.
Altıncı nəsil prosessorlar kimi, “Kaby Lake” 14 nanometrlik texnoloji proses əsasında hazırlanıb. Yeni çiplər də təkmilləşdirilmiş “Skylake” arxitekturasından istifadə edir. Bu təkmilləşdirmə mobil qurğuların model və avtonomluğundan asılı olaraq takt tezliyinin 300-400 MHs artırılmasını nəzərdə tutur.
Sınaqlara görə, “i7-7500U” prosessoru əvvəlki nəsil “i7-6500U” prosessorundan məhsuldarlığına görə 12 faiz və fotoşəkillərə baxmaq və redaktə etmək və ya elektron poçt göndərmək daha sürətlidir.
Beş il əvvəlki kompüter ilə müqayisədə yeni prosessorlar işdə məhsuldarlığı 1,7, 360 dərəcəlik “4K” videonun yaradılması və redaktəsi zamanı 8,6 dəfəlik artımı təmin edir, "Owerwatch” kimi oyunlarda isə artım 300 faizə yaxın olur.
“Kaby Lake” çipləri bazasında ilk qurğuların sentyabrda satışa çıxarılacağı gözlənilir. “Intel” nümayəndələrinin sözlərinə görə, ilin sonunadək yeni prosessorlarla təchiz edilən 100-dən çox model istehsal ediləcək.
Nizam Nuriyev