Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Britaniyanın ən böyük internet mağazası satılıb
Yaponiyanın “Rakuten” şirkəti Britaniyanın “Play.com” internet mağazasını almaq üçün saziş bağlayıb.
“Play.com” internet mağazası musiqi, kitab, geyim, məişət elektronikası, idman avadanlığı və digər mallar təklif edir.
Bazası təxminən 14 milyon istifadəçidən ibarət olan xidmət Böyük Britaniyada ən məşhur internet mağazalardan biridir. Sazişin dəyəri 25 milyon funt-sterlinq və ya təxminən 40 milyon dollar təşkil edib.
“Play.com” mağazasını almaqla “Rakuten” şirkəti Avropanın sürətlə inkişaf edən onlayn ticarət bazarında mövqeyini möhkəmləndirəcək.
Bundan əvvəl “Rakuten” şirkəti Fransanın “Price Minister” ticarət meydançasını, həmçinin Almaniyanın “Tradoria” veb-mağazasını alıb. Beləliklə, hal-hazırda “Rakuten” 10 ölkədə elektron ticarətin xidmətlərini inkişaf etdirir.
24/09/11 Çap et