Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone 4” smartfonunun dəstəklənməsi dayandırılacaq


“Apple” şirkəti "iPhone 4” smartfon modelinin və “iPod Classic” portativ media pleyerinin proqram dəstəklənməsini sentyabrın 13-dən etibarən rəsmən dayandıracaq.

“ICTnews” Elektron Xəbər Xidməti "Polit” resursuna istinadən yazır ki, bununla bağlı qərar mobil qurğuların sayının artması, eləcə də texnologiyaların gündəlik yenilənməsi ilə əlaqədar qəbul edilib. “Apple” nümayəndələrinin sözlərinə görə, köhnə qurğuların istehsalının baha olmasına görə onları dəstəkləmək iqtisadi baxımdan sərfəli deyil.

Qeyd edək ki, "iPhone 4” və “iPod Classic” qurğularının istehsalı beş il əvvəl dayandırılıb. Hazırda “Apple” qurğuların təmirini qanunauyğun olaraq daha 2 il müddətinə yalnız Kaliforniyada həyata keçirəcək.

Nizam Nuriyev





05/09/16    Çap et