Ağac əkən pilotsuz uçan aparat yaradılıb (VİDEO)
Dünyada bir çox ərazilər var ki, orada insan yaşaya bilməz. Amma həmin ərazilərdə ağac əkmək mümkündür. Əsas problem belə ərazilərə getməyin çətinliyi ilə bağlıdır, yəni ki həmin yerlərə işçilər göndərmək lazımdır ki, bu da böyük xərc tələb edir. Bu problemi həll etməkdən ötrü ağac əkə bilən pilotsuz uçan aparat yaradılıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
fainaidea.com” saytına istinadən yazır ki, ərazinin “3D” formatında olan xəritəsi ilə işləyən “DroneSeed” şirkətinin istehsalı olan pilotsuz uçan aparat ağac əkmək üçün müvafiq yeri müəyyənləşdirir. Ağac əkməzdən öncə dron torpağı emal edir. Bundan sonra “DroneSeed” adlı pilotsuz uçan aparat sıxılmış havanın köməyi ilə saatda 384 km sürətlə torpağa şitil və ya toxum tullayır. Şirkətin məlumatına görə, saatda 800-dək ağac toxumu əkmək olar. Müqayisə üçün bildirək ki, insan gün ərzində yalnız 800 ağac toxumu əkə bilər.
Emil Hüseynov