Sosial şəbəkələrin köməyi ilə qayğı və diqqət çatışmazlığını necə aradan qaldırmaq olar?
Müasir dövrdə texnologiyalar həyatımızın bir hissəsinə çevrilib və böyük əhəmiyyət kəsb edir. Karneqi Mellon Universiteti tərəfindən keçirilmiş araşdırmaya əsasən, sosial şəbəkələrdə ünsiyyət insanın psixoloji durumuna nikaha daxilolma və ya uşağın doğuşundan heç də az təsir göstərmir.
“ICTnews” Elektron Xəbər Xidməti “
planet-today.ru” saytına istinadən yazır ki, insanların profillərindəki müxtəlif mətnlərin oxunulması, həmçinin şəkillərin bəyənilməsi əhval-ruhiyyəyə əsaslı təsir göstərməsə də, fikrinə hörmət etdiyiniz dostunuz sizə həsr edilmiş mətn paylaşıb, yaxud şəklinizə şərh yazanda əhval-ruhiyyə yüksəlir.
Şərh bir cümlədən ibarət ola bilər, əsas məqam bu şərhin məhz dostunuz tərəfindən yazılmasıdır.
Beləliklə, sosial şəbəkələrin köməyi ilə qayğı və diqqət çatışmazlığını tamamilə aradan qaldırmaq mümkündür.
Emil Hüseynov