Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ən sabit siqnal qəbuluna malik smartfon müəyyənləşdirilib


Danimarkanın Olborq Universitetinin mütəxəssisləri tərəfindən keçirilmiş sınaq nəticəsində ən sabit siqnal qəbuluna malik smartfon müəyyənləşdirilib. “Nokia 640” (“Lumia 640”) modeli sözügedən reytinqdə birinci yeri tutub.

“ICTnews” Elektron Xəbər Xidməti “mail.ru” saytına istinadən yazır ki, 26 populyar smartfon modeli sınaqda yoxlanılıb. Siqnalın qəbul keyfiyyəti iki vəziyyətdə (smartfon masanın üzərində olduğu və qulağa yaxınlaşdırıldığı) qiymətləndirilib.

Sınaqlarda “Microsoft Lumia 640” ən yüksək nəticə nümayiş etdirib və “LTE” şəbəkəsində siqnalın qəbulu üzrə birinci yeri tutub. “Samsung Galaxy S6 edge Plus”, “S7 edge”, “S7”, “S5 mini”, “Microsoft Lumia 650” və “Lumia 950”, “Nexus 5x”, “Sony Xperia Z5 compact”, “Huawei P9” smartfonları, həmçinin liderlər siyahısında yer alıb. “iPhone 6s” və “SE” cihazları aşağı nəticə nümayiş etdirib.

Plastik və ya şüşə korpusa malik smartfonlar reytinqdə ön yerləri tutub. Araşdırmanın müəllifi professor Hert Pedersenin sözlərinə görə, plastik korpusa malik smartfonla müqayisədə metal korpusla təchiz edilmiş bəzi “ağıllı” telefonlar 100 dəfə daha güclü siqnala ehtiyac duyur.

Emil Hüseynov





07/09/16    Çap et