Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiya sürücüsüz hərəkət edən avtomobillər üçün “3D” xəritə hazırlayır


Dünyanın bir çox ölkələrində sürücüsüz hərəkət edən avtomobillər hazırlanır. Belə nəqliyyat vasitəsinin hazırlanması ilə məşğul olan bəzi müəssisələr artıq ilk işlək prototiplərini sınaqdan keçirirlər. Yaponiya, həmçinin belə nəqliyyat vasitələrini yoxlayır. 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiadası öz həllərini nümayiş etdirmək üçün əla imkandır.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, sürücüsüz avtomobillərin sərnişinləri təhlükəsiz daşıması üçün onları mükəmməl üçölçülü xəritələrlə təchiz etmək lazımdır. İndi “Mitsubishi Electric” şirkəti, “Zenrin” xəritə istehsalçısı və doqquz avtomobil istehsalçısı tərəfindən təsis edilmiş ortaq müəssisə üçölçülü xəritənin hazırlanması ilə məşğuldur.

Tezliklə ölkənin əsas sürətli yollarının üçölçülü xəritəsini yaratmaq planlaşdırılır. Birinci mərhələdə əsas sürət magistralının təxminən 300 kilometrinin üçölçülü xəritəsi hazırlanacaq, bundan sonra, şirkət ikinci dərəcəli yollar, şose və şəhər küçələri ilə məşğul olacaq. Üçölçülü xəritənin yaradılması üçün xüsusi avadanlıqla təchiz edilmiş xüsusi avtomobillərdən istifadə edilir. Toplanılmış məlumatlar emal edilib sistemləşdirildikdən sonra xəritənin yaradılması ilə məşğul olan avtomobil istehsalçılarına təqdim ediləcək.

Sürücüsüz nəqliyyat vasitəsi üçün öz olduğu yer haqda dəqiq məlumata malik olmaq çox vacibdir, buna görə üçölçülü xəritələr yalnız yol yatağını deyil, həmçinin yol nişanları daxil olmaqla, lövhələri, yol qırağındakı konstruksiyaları diqqətlə təsvir edəcək.

Emil Hüseynov





07/09/16    Çap et