Tədqiqat: “Elektron oxu qurğuları kağız kitabları üstələyə bilmir”
“Pew Research Center” şirkətinin statistik məlumatlarına görə, kağız kitablar hələ də elektron oxu qurğularından populyardır. Bununla bağlı tədqiqat son ildə amerikalılar arasında aparılıb.
“ICTnews” Elektron Xəbər Xidməti "
DNI24” resursuna istinadən yazır ki, məlumata görə, ABŞ sakinlərinin 73 faizi ötən il ərzində ən azı bir dəfə kağız kitabdan istifadə edib. Sorğu iştirakçılarının 63 faizi kağız kitab oxuyub, 14 faizi audiokitablarla, 28 faizi elektron nəşrlərlə maraqlanıb. Elektron kitabların oxunması üçün ən çox planşet və ya smartfonlardan istifadə olunub. Xüsusi elektron oxu qurğuları bu sahədə populyarlıq qazana bilməyib.
Məlumdur ki, orta statistik amerikalı bir ildə təxminən dörd kitab oxuyur. Bu göstərici artıq beşinci ildir ardıcıl davam edir, halbuki 2011-2014-cü illərdə elektron mətn məhsullarının sayında 11 faizlik artım qeydə alınıb.
Nizam Nuriyev