Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Masaüstü əməliyyat sistemləri bazarının lideri


“Net Applications” analitik şirkəti cari ilin avqustunda əməliyyat sistemləri (ƏS) üzrə statistika dərc edib. Statistikaya əsasən, “Windows 10” platforması öz mövqeyini gücləndirməyə davam edir və bazar payı 23%-ə yaxınlaşır. Belə ki, bir ayda sözügedən sistemin bazar payı 1.9% yüksəlib.

“ICTnews” Elektron Xəbər Xidməti “ko.com.ua” saytına istinadən yazır ki, ƏS-i bazarının lideri olan “Windows 7”-nin bazar payı hazırda 47.3%-ə bərabərdir.

9.36% bazar payına sahib “Windows XP” üçüncü yeri tutur. Bir ayda bu sistemin dinamikası −1% təşkil edib.
Ümumilikdə “Windows”un müxtəlif versiyaları əməliyyat sistemləri bazarının 90.5%-nə nəzarət edir. “Apple” şirkətinə məxsus “macOS”-da müvafiq göstərici təxminən 7.4%, “Linux” əməliyyat sistemlərində isə 2.1%-dir.

Emil Hüseynov





07/09/16    Çap et