Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfonlar hava və ağrı arasında əlaqə olduğunu sübut edib


Smartfonların köməyi ilə on minlərlə insanın həyatını müşahidə edən alimlər belə qənaətə gəliblər ki, günəşli və yağışlı günlər həqiqətən xroniki ağrılara səbəb olur.

 “ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, Mançester Universitetindən Uilyam Dikson və onun həmkarları artıq doqquz aydır "Buludlu havadır, deməli, ağrı mümkündür" adlı eksperiment aparırlar. Onlar eksperiment çərçivəsində revmatizm, baş ağrıları və xroniki ağrı hisslərinin hava ilə bağlılığını araşdırırlar.

Britaniyalı həkimlər tərəfindən hazırlanmış xüsusi mobil proqram insandan daima onun əhvalını soruşur və bu məlumatları eksperiment iştirakçısının yaşadığı ərazinin havası ilə birlikdə alimlərə göndərir.

İlk təhlil göstərir ki, hava və xroniki ağrıların təzahürü tezliyinin arasında asılılıq həqiqətən mövcuddur. Məsələn, britaniyalılar fevral və apreldə daha az ağrı hissləri keçirirlər, çünki həmin vaxt yağışlı günlərin sayı az olur.

Emil Hüseynov





08/09/16    Çap et