Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

GPRS üzərindən təcili tibbi yardım


Bakı şəhəri Təcili Tibbi Yardım Stansiyasının dispetçer xidməti ən müasir kompyuter şəbəkəsi ilə təchiz edilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,”103” çağırış nömrələrinin fasiləsiz fəaliyyətinin təmin edilməsi ilə 2 ayrı istiqamətdən bir-birini əvəzedəbiləcək fiberoptik kabel stansiyaya birləşdirilib. “ GPRS üzərindən təcili tibbi yardım stansiyalarının və avtomobillərinin mərkəzlə əlaqəsi yaradılıb. Xüsusi elektron xəritə üzərindən hər an hadisəyə ən yaxın avtomobilin təyin edilməsi mümkündür”- deyə nazirlikdən bildiriblər.
Mərkəzi stansiyada fəaliyyət göstərən dispetçerlərin istifadəsinə yeni yaradılmış xüsusi proqram təminatı hazırlanıb. Bu proqram vasitəsilə dispetçerlərin işinin effektivliyi və əhaliyə operativliyi daha da artıb.




13/06/11    Çap et