Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Printerlər internet hücumuna ən dayanıqsız qurğudur


İnternet üzərindən çap protokolunu dəstəkləyən müasir printerlərin əksəriyyəti fayllara ümumi giriş təklif edir.

“BitDefender” şirkətinin mütəxəssisi Boqdan Botezatu deyib ki, marşrutlayıcı ilə müqayisədə printerlər internetdə hücuma dayanıqsız ən zəif qurğudur.

 “ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, amma son zamanlar tez-tez bu və ya digər istehsalçının marşrutlayıcısında aşkar edilmiş boşluqlar haqda xəbərlər oxuyuruq. Məsələn, cari ilin avqustunda Çinin “BHU” şirkətinin istehsalı olan marşrutlayıcıda hakerlərə müxtəlif əməliyyatları həyata keçirməyə imkan verən çoxsaylı boşluq aşkar edilib.

Tədqiqatçının sözlərinə görə, internet üzərindən  çap protokolunu dəstəkləyən müasir printerlərin əksəriyyəti fayllara ümumi girişi təklif edir. Bu halda istifadəçilərin bir çoxu standart sazlamanı dəyişdirərək bu seçimi deaktiv etmir. Bunun nəticəsi kimi haker məxfi sənədlərə müdaxilə edə bilir.

Bundan əvvəl Nyu-York Universitetinin tədqiqatçıları xəbərdarlıq etmişdilər ki, internetə qoşulmuş “3D” printerlər yalnız üçölçülü obyektlərin yaradılması üçün deyil, həm də sənaye casusluğu üçün istifadə edilə bilər.

Emil Hüseynov





09/09/16    Çap et