Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İstənilən səthi klaviaturaya çevirmək mümkün olacaq
Kompüterlərin ölçülərinin kiçildilməsi klaviaturanın dəyişilməsini zəruri edir, çünki ənənəvi dizayn artıq kompüterlərə uyğun gəlmir. Gələcəyin daxiletmə qurğuları üzrə innovativ variantlardan biri “Tap Strap” adlı barmaqlara keçirilən slotlara malik elastik plastik kəmərdir.
“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, belə klaviaturadan istifadə etmək çox asandır: cihazın işləməsi üçün istənilən səthin üzərinə baş barmaqla toxunmaq kifayətdir. Bundan sonra barmaqların köməyi ilə istənilən səth üzərində mətnin çapına başlamaq olar. Mikrokontrollerdən ibarət blok daxil edilmiş məlumatları “Bluetooth” vasitəsilə smartfon, planşet və ya kompüterə ötürəcək.
Əlbəttə ki, yeni klaviatura ilə işləmək üçün müəyyən vaxt lazım olacaq. Bunun üçün “Top Genius” adlı xüsusi öyrədici proqramı hazırlanıb.
“Tap Strap” qurğusu virtual reallıq sistemlərində qarşılıqlı əlaqə variantı kimi istifadə edilə bilər.