Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaxın günlərdə Yardımlı rabitəsi də TAE xəttinə qoşulur


“Trans Asia-Europa” (TAE) fiber-optik kabel magistralının Azərbaycan seqmenti genişlənməkdə davam edir.

“Aztelekom” İB-dən verilən məlumata görə, artıq Yardımlı rabitəsinin Masallı istiqamətində TAE xəttinə birləşdirilməsi başa çatmaq üzrədir. Qeyd edək ki, əvvəllər rayon rabitəsi Lerik üzərindən beynəlxalq və şəhərlərarası rabitə xidmətində bağlanırdı.

Bu da özünü o qədər doğrultmurdu. Yeniliyin tətbiqi yardımlılara yüksək keyfiyyətli rabitə xidməti ilə təmin edilməyə şərait yaradacaq.

Xatırladaq ki, bu nəhəng layihənin reallaşdırılması üçün 1999-cu il oktyabrın 21-də Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli protokol imzalanıb. Elə həmin il dekabrın 1-də TAE fiber-optik kabelin Azərbaycan seqmentinin tikintisinə başlanılıb.

2001-ci ildə TAE-nin Azərbaycan seqmentinin quru hissəsinin tikintisi başa çatdırılıb və elə həmin il də Bakı ilə Tbilisi arasında rabitə kanalları TAE fiber-optik kabel magistralı üzərinə keçirilib.




26/09/11    Çap et