Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Virtual reallıq üçün taktil kostyum yaradılıb


Virtual reallıqda baş verən hadisələri öz dərinlə hiss etmək necə bir hissdir? London Kral Kollecində aspirantlardan ibarət qrup "Skinterface" adlı layihə üzərində işləyir. Xüsusi kostyum istifadəçiyə taktil hisslərin köməyi ilə virtual dünyadakı predmetləri hiss etməyə imkan verir.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, “virtual oyun təcrübəsi indiyə qədər olduqca məhdudlaşdırılıb – "Skinterface" layihəsinin tərtibatçısı Şarlotta Furet deyib. İndi biz yalnız təsvir və səslə məhdudlaşdırılmışıq, amma tam yüklənmə və parlaq oyun təəssüratları üçün məhz taktil hisslər çatışmır".

Prototip artıq hazırdır, indi onun yaradıcıları bütün oynamaq istəyən şəxslərə oyundakı səslərə reaksiya verən xüsusi hərəkətli maqnitlərlə təchiz edilmiş interaktiv qoldan istifadə şansı verərək yeniliyi aktiv nümayiş etdirir. Dəyişən elektromaqnit sahəsi yaradan maqnitlər istifadəçi üçün oyun prosesinin taktil hisslərini təmin edir.


Emil Hüseynov







14/09/16    Çap et