Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rusiyalı alimlər dünyada ən dəqiq saat yaradıblar


Moskvada 300 milyon il ərzində bir saniyə xəta ilə işləyən saat yaradılıb. Unikal mexanizm rusiyalı alimlər tərəfindən yaradılıb. Onların sözlərinə görə, bu, dünyada ən dəqiq işləyən saatdır, həmçinin əbədi mühərrikdir, çünki onu işə salmaq lazım deyildir.

“ICTnews” Elektron Xəbər Xidməti “computerworld.ru” saytına istinadən yazır ki, saatda rəngli spektral zolaq siferblat rolunu yerinə yetirir.

Qurğu müxtəlif texnologiyalarda əldə edilmiş tərəqqidən geri qalmamaq üçün lazımdır. Məsələn, müasir “GPS” məkanda lazımi nöqtənin mövqeyini uzun müddət ərzində müəyyənləşdirdiyinə görə üç metrədək məsafədə səhvə yol verir. Belə dəqiqlik isə sürücüsüz  avtomobilin yaradılmasında əlverişli deyil. Atom saatı isə bu məsələnin həllində kömək edə bilər.

İlk atom saatı hələ 1968-ci ildə düzəldilsə də, ancaq indiyədək onların geniş tətbiqi məhdudlaşdırılıb.

Emil Hüseynov





14/09/16    Çap et