Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Groupon” şirkəti texniki direktorsuz qalıb


Məşhur “Groupon” endirimlər xidməti son 6 ay ərzində ikinci dəfə texniki direktorsuz qalıb.

Şirkəti cari ilin mart ayında texniki direktor Rob Solomon tərk edib. Onun yerini “Google”-un keçmiş vitse-prezidenti Marqo tutub.

“Groupon” nümayəndələrinin yeni xəbərində qeyd edilib ki, “Georgiadis” internet nəhəngi “Google”-a qayıtmaq üçün şirkətdə öz postunu tərk etməyə qərar verib.

“Groupon” şirkəti “Georgiadisin" istefa xəbərindən əlavə, həmçinin cari ilin ilk yarımilliyinin maliyyə hesabatını dərc edib. Şirkətin 2011-ci ilin ilk yarısı üçün gəliri 1,5 milyard dollar təşkil edib.




26/09/11    Çap et