İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi qrant müsabiqəsinə təqdim olunmuş layihələrin ilkin ekspertizası başa çatıb
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi növbəti qrant müsabiqəsinə təqdim olunmuş layihələrin ilkin ekspertizası başa çatıb. Müsabiqəyə təqdim olunmuş 121 layihədən 112-si ilkin ekspertiza mərhələsini uğurla keçib. Növbəti mərhələyə keçmiş layihələr 20 iş günü müddətində müstəqil ekspertlər tərəfindən kompleks ekspertizadan keçiriləcək.
Kompleks ekspertizanın nəticəsində müsbət rəy almış layihələr yekun qərarın qəbul edilməsi üçün Fondun Müşahidə Şurasına təqdim ediləcək.
Müsabiqəyə layihələrin qəbulu aşağıdakı prioritet istiqamətlər üzrə aparılıb:
-
e-xidmətlər üzrə texnologiya və həllərin inkişafı və kommersiyalaşdırılması;
-
innovativ İKT məhsulları nümunələrinin hazırlanması;
-
innovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması istiqamətləri üzrə layihələrin qəbulu.