Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Robot ilk dəfə gözdə mürəkkəb əməliyyat aparıb


Oksford Universitetinin cərrahları ilk dəfə məsafədən idarə edilən robotdan gözdə cərrahiyyə əməliyyatı aparmaq üçün istifadə ediblər. Yeni robot insan əli ilə qeyri-mümkün olan yüksək dəqiqlik nümayiş etdirib. 

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, xəstənin dərisinin ən kiçik dəliklərində aparılan cərrahiyyə əməliyyatları bərpa vaxtını və xəstələnmə riskini azaldır. Cərrahlar orqanizmə kiçik kəsiklər və ya təbii dəliklər vasitəsilə düşə bilən ən incə alətlərdən istifadə edirlər. Lakin insan əli belə əməliyyatları yerinə yetirmək üçün lazım olan dəqiqliyə malik deyil.

Oksford Universitetində ilk dəfə məsafədən idarə edilən robot vasitəsilə xəstənin gözünün torlu qişası üzərində kiçik xəstə nahiyənin kəsilib götürülməsi üzrə əməliyyat keçirilib. Oxşar əməliyyatı eyni dəqiqliklə keçirmək üçün adi cərrah nəfəs almamalı və öz ürəyinin vurmasını dayandırmalıdır. Çünki hətta ən kiçik tərpənmə əməliyyatı uğursuz edə bilər.  

Cərrahlar özündə bir-birindən asılı olmayaraq idarə edilə bilən yeddi motoru birləşdirən robotlaşdırılmış torlu qişanın yarılması qurğusundan istifadə ediblər. Bu, 1000 millimetrədək dəqiqliyə nail olmağa imkan verib. Qurğu xəstənin gözünün içinə təxminən 1 millimetr ölçüsündə dəlikdən daxil olub. 

Əməliyyat yeni robot üçün ümumilikdə müxtəlif problemli 12 xəstənin iştirak edəcəyi sınağın ilk mərhələsi olub.

Nizam Nuriyev







16/09/16    Çap et