Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni yaradılmış batareya 400 il işləyəcək


Kaliforniya Universitetinin komandası uzun müddət işləyən akkumulyator yaradıb.

Alimlərin sözlərinə görə, nanobatareya təsadüfən yaradılıb və əsas özəlliyi odur ki, 200 min dəfə enerji ilə doldurula bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “ilenta.com” saytına istinadən yazır ki, sözügedən nanobatareya universitetin aspirantı tərəfindən yaradılıb. O, xüsusi naqillər dəstini manqan dioksidə yerləşdirdikdən ora pleksiqlasa oxşar elektrolit geli əlavə edib. Çoxlu sayda enerjidoldurmadan sonra nanonaqillər zədələnməyib.

Belə ki, adi noutbukun akkumulyatoru bir neçə yüz dəfə enerjidoldurmaya hesablandığı halda, yeni yaradılmış batareya təxminən 400 il işləyəcək.

Hələ ki nanobatareya üzərində iş aparılır və kommersiya məhsulunun buraxılışı yaxın gələcəkdə əlçatan olacaq.


Emil Hüseynov







17/09/16    Çap et