Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bütün parollara daxil olmağa imkan verən USB daşıyıcı nümayiş etdirilib


“Enpass” şirkəti kompakt “Enpass Portable” USB daşıyıcı qurğusunu nümayiş etdirib.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, yeni qurğu kompüterə qoşularaq avtorizasiyadan keçməklə bir neçə saniyə ərzində bütün parollara daxil olmağa imkan verəcək. Əlavə proqram təminatının quraşdırılmasını tələb etməyən həlli inzibatçı hüququ olmadan kompüterlərdə işə salmaq mümkündür.

“Enpass Portable”dan ödənişli lisenziyanın mövcudluğundan asılı olmayaraq bütün istifadəçilər yararlana biləcək. Hazırda beta test mərhələsində olan qurğudan qeydiyyatdan keçməklə rəsmi təqdimatdan əvvəl sınaqdan keçirmək olar.

Nizam Nuriyev





19/09/16    Çap et