Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2011-ci ildə İT təminatı üçün xərclər 11,5% artacaq


Dünyada qeyri-müəyyən iqtisadi vəziyyətə baxmayaraq, ABŞ və digər ölkələrdə İT təminatı üçün xərclərin səviyyəsi 2011-ci ilin sonuna qədər nisbətən sabit qalacaq.

“Forrester Research” analitiklərinin fikrincə, İT seqmentdə xərclər 2012-ci ildə də artacaq, lakin artım tempi indikindən aşağı olacaq.

Yeni hesabata əsasən, İT təminata xərclərin artması 11,5% səviyyəsində gözlənilir. 2012-ci ildə bu göstəricinin artmasında bir qədər ləngimələrin olacağı proqnozlaşdırılır. Əksinə, İT xərclər 5.5% artacaq.

“Forrester Research”-ın analitiki Endryu Bartelsin sözlərinə əsasən, iqtisadiyyatda olan qeyri-sabit vəziyyət hələ ABŞ-ın İT seqmentində elə də hiss olunmayacaq. Bu, 2011-ci ilin sonu və 2012-ci ildə özünü göstərəcək.

“Forrester” hesab edir ki, Qərbi Avropada daha çətin vəziyyət müşahidə olunacaq. Bununla əlaqədar olaraq şirkət bu regionda 2012-ci ilə İT xərclərin artması üzrə öz proqnozunu 6,8%-dən 4,3%-ə qədər aşağı salıb.




26/09/11    Çap et