İnsan beyni və kompüter arasında qarşılıqlı əlaqə üzrə ilk kosmik eksperiment keçiriləcək
"Tyanqun-2" orbital stansiyasında insan beyni və kompüter arasında kosmik qarşılıqlı əlaqənin yaradılması üzrə ilk sınaq keçiriləcək.
Beləliklə, kosmosda astronavtlar “beyinlərini tərpətməklə" müxtəlif əməliyyatlar üçün komandalar verə biləcəklər.
“ICTnews” Elektron Xəbər Xidməti “
belta.by” saytına istinadən yazır ki, Çinin "Çjunqo Sinnyanbao" qəzetinin məlumatına görə, Çində "Tyanqun-2" kosmik laboratoriyasının uğurlu buraxılışından sonra neyromühəndislər komandası insan beyni və kompüter arasında kosmik qarşılıqlı əlaqənin yaradılması üzrə ilk layihənin hazırlanması və planlaşdırılmasını öz üzərilərinə götürüblər. Gələcəkdə bu, kompüter və insan arasında qarşılıqlı əlaqənin yaradılmasının ən yüksək forması ola bilər.
Emil Hüseynov