Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter” istifadəçi postlarında simvolların hesablanması alqoritmini dəyişdirib


19 sentyabr tarixində "Twitter" mikrobloqlar xidməti istifadəçilərin postunda simvolların hesablanması alqoritmini dəyişdirib.

"ICTnews" Elektron Xəbər Xidməti "newsru.ru" saytına istinadən yazır ki, indi sözügedən xidmət şəkil, videoyazı, "GIF" fayllar və sorğular daxil olmaqla istənilən mediakontenti 140 simvol limitində hesaba almır. Şirkət nümayəndəsinin fikrincə, bu addım "Twitter"dən istifadə rahatlığını yüksəltməlidir.

Məlumat üçün bildirək ki, "Twitter" 2006-cı ildə təsis edilib. Xidmətin aktiv istifadəçilərinin aylıq auditoriyası 300 milyonu ötür.

Emil Hüseynov





20/09/16    Çap et