Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone 7” qurğusunun ekranı ən yaxşı adlandırılıb


"DisplayMate" mütəxəssislərinin hesabatına əsasən, "iPhone 7" smartfonunun ekranı bütün mövcud ekranlar arasında ən yaxşı adına layiq görülüb və yalnız smartfonları deyil, həmçinin "4K" təsvir ölçüsünə malik planşet və televizorları üstələyir.

"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, "iPhone 7" smartfonunun 4.7 düym diaqonallı və 1334x750 nöqtə təsvir ölçülü ekrana malik olmasına baxmayaraq, onda rəng verilişi və ziddiyyət göstəriciləri digər qurğulardan daha yaxşıdır.

"DisplayMate"in fikrincə, "iPhone 7" qurğusunun çıxarılmasına kimi 9.7 düym  diaqonala malik "iPad Pro" planşeti ən yaxşı ekranla təchiz edilib. Həmçinin "Samsung Galaxy Note7" smartfonlar arasında ən yaxşı ekrana malik qurğu seçilib.

Xatırladaq ki, "Apple" şirkəti sentyabrın əvvəlində San-Fransiskoda keçirilmiş illik tədbirdə "iPhone 7" cihazını təqdim edib.

Emil Hüseynov





20/09/16    Çap et