Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edildi


"Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014 –2020-ci illər üçün Milli Strategiya"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli 359 nömrəli Sərəncamının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi iləqərara alıram:

1. "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı" təsdiq edilsin.

2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.


 
İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 sentyabr 2016-cı il.








Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı

 
1. GİRİŞ  
 
 
 
Azərbaycan Respublikasında həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafında mühüm irəliləyiş əldə edilmişdir. Aparıcı beynəlxalq qurumların hesablamalarına əsasən, respublikamızın iqtisadiyyatı hazırda rəqabət qabiliyyətinə görə dünya ölkələri arasında 40-cı yerədək yüksəlmişdir.
 
 
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası" ölkədə uzunmüddətli, uğurlu və dayanıqlı inkişafın təmin olunması üçün biliklərə əsaslanan rəqabətədavamlı iqtisadiyyatın qurulmasının zəruriliyini müəyyən etmişdir. Bu məqsədə nail olmaq üçün qarşıda duran əsas vəzifələrdən biri müasir dəyərlərə və prinsiplərə əsaslanan informasiya cəmiyyətinin inkişaf etdirilməsidir.
 
 
Azərbaycanda informasiya cəmiyyətinin formalaşmasına dövlət qayğısı, informasiya-kommunikasiya texnologiyalarının (bundan sonra - İKT) sürətli inkişafı, onun xalqımızın rifahına xidmət edən aparıcı amilə çevrilməsi ölkəmizin gələcək perspektivlərinə hesablanmış siyasətin tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 17 fevral tarixli 1146 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012)"nın və onun icrası ilə bağlı qəbul edilmiş dövlət proqramlarının həyata keçirilməsi nəticəsində təhsil, səhiyyə və digər sosial sahələrdə, iqtisadiyyatda, biznes fəaliyyətində, gündəlik həyatda İKT-nin imkanlarından istifadə səviyyəsi nəzərəçarpacaq dərəcədə artmışdır. Ölkədə ən son texnoloji yeniliklər tətbiq edilmiş, internetə simli, simsiz, mobil texnologiyalarla çıxış imkanları yaradılmışdır. Bunun sayəsində əhalinin 75 faizi internet, onların 65 faizi isə genişzolaqlı internet istifadəçisinə çevrilmişdir. Evlərdə, iş yerlərində istifadə edilən kompüterlərin sayı artmışdır. Mobil sektor sürətlə inkişaf etmiş, 3G və 4G xidmətləri tətbiq olunmuşdur. İlk telekommunikasiya peyki "Azerspace-1" və yer səthinin müşahidə peyki "Azersky" orbitə çıxarılmış və bununla da Azərbaycan kosmik ölkələr sırasına qoşulmuşdur. İKT üzrə yüksəkixtisaslı kadr hazırlığı genişləndirilmiş, "elektron hökumət" üzrə genişmiqyaslı layihələr həyata keçirilmiş və cəmiyyət üçün vacib olan elektron xidmətlər təşkil edilmişdir.
 
Azərbaycanda informasiya cəmiyyətinin formalaşdırılması sahəsində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir. Ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqının "İnformasiya cəmiyyətinin ölçülməsi" hesabatlarında inkişaf dinamikasına görə ilk onluğa daxil olan dövlətlər sırasındadır. Dünya İqtisadi Forumunun "Qlobal informasiya
 
texnologiyaları-2016" hesabatında Azərbaycan Respublikası "Şəbəkə hazırlığı indeksi" göstəricisinə görə 139 ölkə arasında 53-cü yerə layiq görülmüşdür.
 
Ölkədə informasiya cəmiyyətinin formalaşdırılması üzrə siyasətin davam etdirilməsi, yeni inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, dövlət idarəçiliyində, biznes sektorunda və ümumilikdə cəmiyyətdə hər bir vətəndaşın İKT-nin imkanlarından faydalanması üçün əlverişli şəraitin daha da genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli 359 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014–2020-ci illər üçün Milli Strategiya" (bundan sonra - Milli Strategiya) təsdiq edilmişdir.
 
Milli Strategiyanın icrasını təmin etmək məqsədilə "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı" (bundan sonra - Dövlət Proqramı) hazırlanmışdır. Dövlət Proqramında Milli Strategiya ilə müəyyən edilmiş 8 istiqamətdən 7-si üzrə konkret tədbirlər nəzərdə tutulmuşdur. Milli Strategiyanın "elektron hökumət"in inkişafı" istiqamətinin yerinə yetirilməsi üzrə tədbirlər digər dövlət proqramı çərçivəsində həyata keçiriləcəkdir.
 
Dövlət Proqramının hazırlanmasında beynəlxalq təcrübə, texnoloji yeniliklər və inkişaf meyilləri nəzərə alınmış, vətəndaş, cəmiyyət, dövlət prioritetləri və onların informasiya cəmiyyətinin imkanlarından səmərəli istifadəsi əsas götürülmüşdür. Dövlət Proqramı ilə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə özəl sektorun və qeyri-hökumət təşkilatlarının fəal cəlb olunması, vətəndaş və ictimai təşəbbüslərin irəli sürülməsi və onların reallaşdırılmasında birgə fəaliyyətə şərait yaradılması planlaşdırılır.
 

2.  Dövlət Proqramının məqsəd və vəzifələri

 
2.1.    Dövlət Proqramının məqsədi Milli Strategiyada informasiya cəmiyyətinin inkişaf etdirilməsi üzrə qarşıya qoyulan əsas məqsəd və vəzifələrin, fəaliyyət istiqamətlərinin həyata keçirilməsinin təmin edilməsidir.
 
2.2.   Dövlət Proqramının məqsədinə nail olunması üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:
 
2.2.1.  İKT infrastrukturunun cari və gələcək tələbatı nəzərə alınmaqla inkişaf etdirilməsi, onun əsasında keyfiyyətli xidmətlər göstərilməsi və onlara çıxış imkanlarının təmin olunması;
 
2.2.2.   ölkənin tranzit informasiya dəhlizi imkanlarının genişləndirilməsi, beynəlxalq internet magistrallarına alternativ və yüksəksürətli birləşmələrin təmin edilməsi;
 
2.2.3.  rəqabətqabiliyyətli və ixracyönlü yüksək texnologiyalar sektorunun inkişaf etdirilməsi, elmtutumlu və yüksək texnoloji məhsulların istehsalı və onların dünya bazarına çıxışına şərait yaradılması, yerli və xarici investisiyaların stimullaşdırılması, qabaqcıl təcrübənin və yeni texnologiyaların idxalı və texnoloji transferin təmin olunması;
 
2.2.4.  yüksək texnologiyalar sahəsində elmi-texniki potensialın gücləndirilməsi, nüvə, nano və kosmik texnologiyaların, biotexnologiyaların inkişafı üzrə elmi tədqiqatların genişləndirilməsi, informasiya cəmiyyətinin tələblərinə uyğun yeni bilik və texnologiyaların yaradılması və yayılması;
 
2.2.5.  informasiya cəmiyyəti şəraitində normativ hüquqi tənzimləmə sisteminin təkmilləşdirilməsi, vətəndaşların informasiya əldə etmək hüququnun səmərəli təmin edilməsi və qorunması;
 
2.2.6.  yüksək texnologiyalar sahəsinin tələblərinə cavab verən elmi və ixtisaslı kadrların hazırlanması, alim və mütəxəssislərin elmi fəaliyyətinin, gənclərin yeni təşəbbüslərinin və "start-up" layihələrinin dəstəklənməsi;
 
2.2.7.  ölkədə işçi qüvvəsinin keyfiyyətinin yaxşılaşdırılması, rəqabətədavamlı kadr potensialının formalaşdırılması məqsədi ilə peşə təhsili sistemində multimedia texnologiyalarının, distant təhsil və digər müasir tədris formalarının tətbiqinin genişləndirilməsi;
 
2.2.8.  cəmiyyətin bütün təbəqələrinin İKT-dən istifadə imkanlarının genişləndirilməsi, bilik və bacarıqlarının yüksəldilməsi və yeni texnologiyalara inamın artırılması;
 
2.2.9.  informasiya təhlükəsizliyinin təmin edilməsi, bu sahədə ümumi hazırlığın və maarifləndirmənin yüksəldilməsi;
 
2.2.10.  milli kontentin zənginləşdirilməsi, müasir texnologiyaların tətbiqi ilə ölkənin milli-mədəni irsinin qorunub saxlanılması və əhalinin ondan istifadəsinin genişləndirilməsi;

2.2.11. informasiya cəmiyyəti quruculuğunda dövlət-sahibkar–vətəndaş tərəfdaşlığının gücləndirilməsi, həmçinin beynəlxalq əməkdaşlığın ikitərəfli və çoxtərəfli müstəvidə genişləndirilməsi.



 
 
3.  Dövlət Proqramının həyata keçirilməsinin maliyyə təminatı



 
3.0.  Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin aşağıdakı mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur:
 
3.0.1. müəssisə və təşkilatların vəsaitləri;

3.0.2. kreditlər və qrantlar;

3.0.3. qanunvericiliyə zidd olmayan digər mənbələr.



 
4.  Gözlənilən nəticələr

 
 
4.0.  Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsindən aşağıdakı nəticələr gözlənilir:
 
4.0.1.  ölkədə İKT, o cümlədən genişzolaqlı şəbəkə infrastrukturu inkişaf etdiriləcək, əhalinin təhlükəsiz, ucuz və keyfiyyətli İKT xidmətlərinə artan tələbatı təmin olunacaq;
 
4.0.2.  sosial-iqtisadi sahələrdə və bütövlükdə cəmiyyətdə İKT-dən istifadə genişləndiriləcək, vətəndaşların, xüsusilə aztəminatlı və sosial cəhətdən həssas əhali qruplarının informasiya cəmiyyətinin imkanlarından bəhrələnməsinə əlverişli şərait yaradılacaq;
 
4.0.3. əhalinin müxtəlif qrupları, şəhər və kənd yaşayış məntəqələri arasında "rəqəmli fərqlilik" azaldılacaq;
 
4.0.4    informasiya cəmiyyəti şəraitində vətəndaşların informasiya əldə etmək hüquqlarının təmin olunmasına hərtərəfli şərait yaradılacaq;
 
4.0.5    ölkənin qlobal internet şəbəkəsinə çıxış potensialı artırılacaq, tranzit informasiya xidmətləri genişləndiriləcək;
 
4.0.6.  ümumi daxili məhsulda İKT-nin, poçt və informasiya sektorunun payı artırılacaq;
 
4.0.7.  İKT sahəsinin sürətli inkişafında xarici və yerli investisiyaların, o cümlədən vençur maliyyələşmənin payı artırılacaq;
 
4.0.8.  yüksək texnologiyalar sektoru ilə elmi tədqiqatlar arasında əlaqə möhkəmləndiriləcək, kosmik, nano və nüvə texnologiyaları, biotexnologiya, elektronika və yeni informasiya texnologiyaları üzrə elmi tədqiqatlar və onların nəticələrinin tətbiqi genişləndiriləcək;
 
4.0.9.  yüksək texnologiyalar, o cümlədən İKT sektorunda rəqabətqabiliyyətli, ixracyönlü və innovativ iqtisadi potensial gücləndiriləcək, elmtutumlu və yüksək texnoloji məhsulların yaradılması və dünya bazarına çıxış imkanları genişləndiriləcək;
 
4.0.10. yüksək texnologiyalar sahəsinin ixtisaslı mütəxəssislərə və elmi kadrlara olan ehtiyacının ödənilməsinə şərait yaradılacaq;
 
4.0.11. təhsilin bütün pillələrində İKT-nin tətbiqi və ondan istifadə genişləndiriləcək;
 
4.0.12. vətəndaşların elektron sağlamlıq kartı ilə təmin olunması səviyyəsi artırılacaq;
 
4.0.13. distant təhsil, elektron elm, elektron ticarət, telesəhiyyə və digər müasir fəaliyyət formalarının tətbiqi genişləndiriləcək;
 
4.0.14. ölkənin informasiya məkanının təhlükəsizliyi qorunacaq, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində hazırlıq və məlumatlılıq səviyyəsi artırılacaq;
 
4.0.15. milli-mədəni irsin qorunması üzrə elektron resursların sayı artırılacaq və Azərbaycan dilində internet resursları inkişaf etdiriləcək;
 
4.0.16. ölkəmizdə informasiya cəmiyyətinin inkişafı üzrə əldə olunan nailiyyətlərin beynəlxalq aləmdə təbliği gücləndiriləcək.

 
 
5. Dövlət Proqramının həyata keçirilməsi üzrə TƏDBİRLƏR PLANI


 
Sıra         İcra  
        müddəti  
№- Tədbirin adı   İcraçı təşkilatlar  
  (illər  
si          
        üzrə)  
             
             
    5.1. İKT infrastrukturu və xidmətləri    
             
5.1.1.   Telekommunikasiya və informasiya Rabitə və Yüksək   2016-  
    infrastrukturunun əhalinin artan Texnologiyalar Nazirliyi   2020  
    tələbatına uyğun yeni texnologiyalar          
    əsasında inkişaf etdirilməsi          
5.1.2. Ölkə ərazisini əhatə edən Rabitə və Yüksək   2016-  
    yüksəksürətli optik şəbəkəyə Texnologiyalar Nazirliyi   2020  
    əsaslanan genişzolaqlı internet          
    infrastrukturunun qurulması və onun          
    normativ hüquqi əsaslarının          
    yaradılmasına dair tədbirlərin          
    görülməsi          
5.1.3.   Müxtəlif müasir texnologiyaların Rabitə və Yüksək   2016-  
    tətbiqi ilə son mil probleminin həllinə Texnologiyalar Nazirliyi   2020  
    dair tədbirlərin davam etdirilməsi          
5.1.4.   "Trans-Avrasiya Super İnformasiya Rabitə və Yüksək   2016-  
    Magistralı" (TASİM) layihəsinin Texnologiyalar Nazirliyi,   2020  
    reallaşdırılmasına dair zəruri Xarici İşlər Nazirliyi      
    tədbirlərin davam etdirilməsi          
5.1.5.   Beynəlxalq internet magistrallarına Rabitə və Yüksək   2017-  
    alternativ və yüksəksürətli Texnologiyalar Nazirliyi   2020  
    birləşmələrin təmin edilməsi və          
    internet tutumlarının həcminin          
    artırılması üzrə tədbirlərin görülməsi          
5.1.6. Data mərkəz xidmətlərinin inkişaf Rabitə və Yüksək   2016-  
    etdirilməsi Texnologiyalar Nazirliyi,   2017  
      Azərbaycan      
      Respublikasının Prezidenti      
      yanında Vətəndaşlara      
      Xidmət və Sosial      
 
        İnnovasiyalar üzrə Dövlət    
        Agentliyi    
5.1.7. Rəqəmli televiziya yayımına keçidin   Rabitə və Yüksək 2016
  başa çatdırılması və analoq yayımın   Texnologiyalar Nazirliyi,    
  dayandırılması     Milli Televiziya və Radio    
        Şurası    
5.1.8. Respublikanın efir məkanının   Rabitə və Yüksək 2016-
  təhlükəsizliyinin təmin edilməsi   Texnologiyalar Nazirliyi 2020
  məqsədi ilə yeni texnologiyaların        
  tətbiqi          
5.1.9. Peyk infrastrukturunun və   Rabitə və Yüksək 2016-
  xidmətlərinin inkişaf etdirilməsi, bu   Texnologiyalar Nazirliyi 2020
  xidmətlərə keyfiyyətli çıxışın təmin        
  edilməsi          
5.1.10 İKT sahəsində xidmətlər bazarının   Rabitə və Yüksək 2016-
  monitorinqinin aparılması, sağlam   Texnologiyalar Nazirliyi, 2019
  rəqabət mühitinin inkişaf   İqtisadiyyat Nazirliyi    
  etdirilməsinə dair təkliflər        
  hazırlanması və həyata keçirilməsi        
5.1.11 Genişzolaqlı internet xidmətlərinin   Rabitə və Yüksək 2017-
  universal xidmətlər siyahısına daxil   Texnologiyalar Nazirliyi 2018
  edilməsi ilə bağlı müvafiq təkliflərin        
  hazırlanması və həyata keçirilməsi        
  üçün tədbirlərin görülməsi        
  5.2. Yüksək texnologiyalar sektorunun inkişafı    
         
5.2.1. Yüksəkixtisaslı beynəlxalq Rabitə və Yüksək   2016-
  ekspertlərin cəlb olunması ilə Texnologiyalar Nazirliyi,   2020
  yüksək texnologiyalar sahəsində İqtisadiyyat Nazirliyi,    
  innovativ və elmi-texniki Azərbaycan Milli Elmlər    
  fəaliyyətin normativ hüquqi Akademiyası    
  bazasının təkmilləşdirilməsi        
5.2.2. Yüksək texnologiyalar sahəsində Standartlaşdırma, Metrologiya   2016-
  patent alınması və elmi tədqiqatların və Patent üzrə Dövlət   2019
  nəticələrinin   Komitəsi, Rabitə və Yüksək    
  kommersiyalaşdırılması Texnologiyalar Nazirliyi,    
  mexanizmlərinin   Müəllif Hüquqları Agentliyi,    
  təkmilləşdirilməsinə dair təkliflərin Azərbaycan Milli Elmlər    
  hazırlanması və həyata keçirilməsi Akademiyası    
  üçün tədbirlərin görülməsi        
 
 
5.2.3. Qlobal rəqəmli şəbəkədə əqli Müəllif Hüquqları Agentliyi 2016-
  mülkiyyət hüquqları ilə qorunan   2017
  obyektlərdən istifadə edilməsinə    
  "one-stop-shop" formatında və    
  onlayn qaydada icazə verilməsinə    
  əsaslanan rəqəmli hüquqları    
  idarəetmə sisteminin yaradılması    
5.2.4. Elmtutumlu və yüksək texnoloji Rabitə və Yüksək 2016-
  məhsulların yeni milli təsnifatının Texnologiyalar Nazirliyi, 2017
  hazırlanması və tətbiqi üçün İqtisadiyyat Nazirliyi, Dövlət  
  tədbirlərin görülməsi Statistika Komitəsi,  
    Azərbaycan Milli Elmlər  
    Akademiyası  
5.2.5. İKT sahəsində innovativ Rabitə və Yüksək 2016-
  sahibkarlığın inkişaf etdirilməsi, Texnologiyalar Nazirliyi, 2020
  elmtutumlu və yüksək texnoloji Energetika Nazirliyi,  
  məhsulların yaradılması və tətbiqi Azərbaycan Milli Elmlər  
  layihələrinə dəstək göstərilməsi Akademiyası  
5.2.6. Yüksək texnologiyalar sahəsində Rabitə və Yüksək 2016-
  fəaliyyət göstərən şirkətlərin məhsul Texnologiyalar Nazirliyi, 2020
  və xidmətlərinin tanıdılması İqtisadiyyat Nazirliyi, Xarici  
  məqsədi ilə həmin şirkətlərin İşlər Nazirliyi  
  Azərbaycan Respublikasında və    
  xaricdə təşkil olunan biznes forum    
  və sərgilərə cəlb olunması    
5.2.7. Yüksək texnologiyalar sahəsində İqtisadiyyat Nazirliyi, Rabitə 2016-
  fəaliyyət göstərən şirkətlərin ixrac və Yüksək Texnologiyalar 2020
  fəaliyyətinin dəstəklənməsi üçün bu Nazirliyi, Xarici İşlər  
  sahədə bilik və bacarıqların Nazirliyi  
  artırılması üzrə təlim kurslarının    
  təşkil edilməsi    
5.2.8. Yüksək texnologiya məhsulları Rabitə və Yüksək 2016-
  bazarının inkişaf etdirilməsinə dair Texnologiyalar Nazirliyi, 2020
  təkliflərin hazırlanması və həyata İqtisadiyyat Nazirliyi, Təhsil  
  keçirilməsi üçün tədbirlər görülməsi Nazirliyi, Müəllif Hüquqları  
    Agentliyi  
5.2.9. İnternet şəbəkəsi vasitəsilə həyata Rabitə və Yüksək 2016-
  keçirilən biznes münasibətləri üzrə Texnologiyalar Nazirliyi, 2020
  qanunvericiliyin təkmilləşdirilməsi İqtisadiyyat Nazirliyi  
  və internet biznes fəaliyyətinin    
  təşviqinə dair tədbirlərin görülməsi    
 
 
5.2.10 Yüksək texnologiyalar sahəsində Rabitə və Yüksək 2016-
  innovativ təşəbbüslərə ("start- Texnologiyalar Nazirliyi 2020
  up"lara) dəstək verilməsi,    
  müsabiqələrin, təbliğat tədbirlərinin,    
  seminar və təlimlərin keçirilməsi    
5.3. Yüksək texnologiyalar üzrə elmi-texniki potensialın gücləndirilməsi
       
5.3.1. Yüksək texnologiyalara dair elmi Azərbaycan Milli Elmlər 2016-
  tədqiqat işlərinin reyestrinin Akademiyası, Rabitə və 2017
  yaradılması   Yüksək Texnologiyalar  
        Nazirliyi, Təhsil Nazirliyi,  
        Azərbaycan Respublikasının  
        Prezidenti yanında Ali  
        Attestasiya Komissiyası,  
        Azərbaycan Respublikasının  
        Prezidenti yanında Elmin  
        İnkişafı Fondu  
5.3.2. Yüksək texnologiyalar sahəsində Rabitə və Yüksək 2016-
  dövlət, elm, təhsil, biznes və Texnologiyalar Nazirliyi, 2020
  vətəndaş cəmiyyəti əlaqələrinin Azərbaycan Milli Elmlər  
  gücləndirilməsi üçün forumlar, Akademiyası, Təhsil Nazirliyi,  
  konfranslar, dəyirmi masalar və İqtisadiyyat Nazirliyi,  
  digər tədbirlər keçirilməsi Energetika Nazirliyi,  
        Azərbaycan Respublikasının  
        Prezidenti yanında Elmin  
        İnkişafı Fondu  
5.3.3. Xaricdə yüksək texnologiyalar Azərbaycan Milli Elmlər 2016-
  sahəsində çalışan azərbaycanlı alim Akademiyası, Rabitə və 2020
  və mütəxəssislərlə əməkdaşlığın Yüksək Texnologiyalar  
  genişləndirilməsi, birgə tədqiqat və Nazirliyi, Təhsil Nazirliyi,  
  proqramların həyata keçirilməsi Xarici İşlər Nazirliyi,  
  üçün tədbirlərin görülməsi Diasporla İş üzrə Dövlət  
        Komitəsi, Azərbaycan  
        Respublikasının Prezidenti  
        yanında Elmin İnkişafı Fondu  
    5.4. İKT - cəmiyyətin inkişaf amili kimi  
           
      5.4.1. E-təhsil  
5.4.1. Genişzolaqlı internetə qoşulan təhsil Təhsil Nazirliyi, Rabitə və 2016-
 
 
  müəssisələrinin sayının artırılması Yüksək Texnologiyalar 2020
    Nazirliyi  
5.4.1. "İnformatika" fənni üzrə Təhsil Nazirliyi, Rabitə və 2016-
  yüksəkixtisaslı pedaqoji kadrların Yüksək Texnologiyalar 2020
  hazırlanması və onların peşəkarlıq Nazirliyi, Azərbaycan Milli  
  səviyyəsinin daim artırılmasına dair Elmlər Akademiyası  
  tədbirlərin həyata keçirilməsi    
5.4.1. Təhsilin bütün pillələri üçün Təhsil Nazirliyi, Rabitə və 2016-
  informatikanın vahidlilik və Yüksək Texnologiyalar 2018
  davamlılıq prinsipi əsasında Nazirliyi, Azərbaycan Milli  
  tədrisinin təşkili üzrə təkliflərin Elmlər Akademiyası  
  hazırlanması və həyata keçirilməsi    
  5.4.2. E-səhiyyə  
5.4.2. Tibb müəssisələrinin genişzolaqlı Səhiyyə Nazirliyi, Rabitə və 2016-
  internetə qoşulmasının təmin Yüksək Texnologiyalar 2020
  olunması üçün tədbirlərin görülməsi Nazirliyi  
  və Milli Səhiyyə şəbəkəsinin    
  yaradılmasına dair təkliflər    
  hazırlanması    
5.4.2. Ümumi istifadə üçün tibbi Səhiyyə Nazirliyi, 2016-
  resursların yaradılması Azərbaycan Respublikasının 2020
    Prezidenti yanında  
    Vətəndaşlara Xidmət və  
    Sosial İnnovasiyalar üzrə  
    Dövlət Agentliyi  
5.4.2. Telesəhiyyə xidmətlərinin tətbiqinin Səhiyyə Nazirliyi, Xüsusi 2016 -
  genişləndirilməsinə dair tədbirlərin Dövlət Mühafizə Xidməti 2020
  görülməsi    
5.4.2. Tibb işçilərinin İKT biliklərinin Səhiyyə Nazirliyi 2016-
  artırılmasına dair təkliflərin   2020
  hazırlanması və həyata keçirilməsi    
  üçün tədbirlərin görülməsi    
  5.4.3. E-vətəndaş  
5.4.3. Əhalinin, o cümlədən məhdud fiziki Rabitə və Yüksək mütəmadi
  imkanlı şəxslərin İKT həlləri üzrə Texnologiyalar Nazirliyi,  
  bilik və bacarıqlarının artırılması Azərbaycan Respublikasının  
  üçün təlimlərin, kursların təşkili Prezidenti yanında  
    Vətəndaşlara Xidmət və  
    Sosial İnnovasiyalar üzrə  
    Dövlət Agentliyi, Əmək və  
    Əhalinin Sosial Müdafiəsi  
 
 
      Nazirliyi  
5.4.3. İKT-nin cəmiyyətdə   Rabitə və Yüksək mütəmadi
  kütləviləşdirilməsi üçün müxtəlif   Texnologiyalar Nazirliyi,  
  konfransların, forumların,   Təhsil Nazirliyi, Azərbaycan  
  seminarların, dəyirmi masaların,   Respublikasının Prezidenti  
  sərgilərin keçirilməsi, KİV   yanında Vətəndaşlara Xidmət  
  vasitəsilə təbliğat-təşviqat işlərinin və Sosial İnnovasiyalar üzrə  
  aparılması   Dövlət Agentliyi, Azərbaycan  
      Milli Elmlər Akademiyası,  
5.4.3. Gənclərin İKT biliklərinə   Rabitə və Yüksək mütəmadi
  yiyələnməsinin stimullaşdırılması   Texnologiyalar Nazirliyi,  
  üçün müsabiqə, viktorina,   Təhsil Nazirliyi, Gənclər və  
  olimpiada və digər həvəsləndirici   İdman Nazirliyi, Azərbaycan  
  tədbirlərin keçirilməsi   Respublikasının Prezidenti  
      yanında Vətəndaşlara Xidmət  
      və Sosial İnnovasiyalar üzrə  
      Dövlət Agentliyi  
5.4.3. Kiçik və orta sahibkarlar tərəfindən İqtisadiyyat Nazirliyi, 2016-
  İKT həllərinin tətbiqinin   Vergilər Nazirliyi, Rabitə və 2020
  genişləndirilməsi üçün   Yüksək Texnologiyalar  
  maarifləndirici və təşviqedici   Nazirliyi  
  tədbirlərin görülməsi      
5.4.3. Teleiş üzrə dünya təcrübəsinin   Əmək və Əhalinin Sosial 2016 -
  öyrənilməsi və onun tətbiqi   Müdafiəsi Nazirliyi, Rabitə və 2017
  mexanizmləri ilə bağlı təkliflərin   Yüksək Texnologiyalar  
  hazırlanması   Nazirliyi  
5.4.3. "ASAN 2.0" Konsepsiyasının   Azərbaycan Respublikasının 2016-
  tətbiqi ilə xidmətlər göstərilməsində Prezidenti yanında 2020
  innovativ texnologiyalardan   Vətəndaşlara Xidmət və  
  istifadənin genişləndirilməsi   Sosial İnnovasiyalar üzrə  
      Dövlət Agentliyi  
5.4.3. Genişzolaqlı internetə qoşulan   Gənclər və İdman Nazirliyi 2016-
  gənclər evlərinin və olimpiya     2020
  mərkəzlərinin sayının artırılması      
5.5. Kadr hazırlığı  
         
5.5.1. İKT sahəsində beynəlxalq   Təhsil Nazirliyi, Rabitə və 2016-
  sertifikatların əldə edilməsi   Yüksək Texnologiyalar 2020
  imkanlarının genişləndirilməsi üçün Nazirliyi, Azərbaycan Milli  
  tədbirlərin görülməsi   Elmlər Akademiyası  
 
 
5.5.2. Ali təhsil müəssisələrində İKT Təhsil Nazirliyi, Rabitə və 2016-
  sahəsində fəaliyyət göstərən Yüksək Texnologiyalar 2020
  tanınmış xarici və yerli şirkətlərin Nazirliyi, Əmək və Əhalinin  
  tədris və təcrübə laboratoriyalarının Sosial Müdafiəsi Nazirliyi  
  yaradılmasının genişləndirilməsinə    
  dair tədbirlər görülməsi    
5.5.3. İKT ixtisasları üzrə təhsil alan Rabitə və Yüksək 2016-
  tələbələrin sahə üzrə aparıcı Texnologiyalar Nazirliyi, 2020
  şirkətlərdə və müəssisələrdə təcrübə Təhsil Nazirliyi  
  keçməsi imkanlarının    
  genişləndirilməsi      
5.5.4. İnformasiyanın kriptoqrafik və Xüsusi Dövlət Mühafizə 2016-
  texniki mühafizəsi, xüsusi Xidmətinin Xüsusi Rabitə və 2017
  telekommunikasiya sistemləri və İnformasiya Təhlükəsizliyi  
  şəbəkələri ixtisasları üzrə Dövlət Agentliyi, Təhsil  
  mütəxəssis hazırlığının təşkili Nazirliyi  
5.5.5. Yüksək texnologiyalar sahəsində Rabitə və Yüksək 2016-
  ixtisasların təbliğinə dair Texnologiyalar Nazirliyi, 2020
  maarifləndirmə işlərinin aparılması, Təhsil Nazirliyi  
  ümumtəhsil məktəblərinin yuxarı    
  sinif şagirdləri üçün "açıq qapı"    
  günlərinin keçirilməsi    
  5.6. İnformasiya təhlükəsizliyinin təmin edilməsi  
       
5.6.1. Beynəlxalq təcrübə əsasında Rabitə və Yüksək 2016-
  kibertəhlükəsizlik üzrə normativ Texnologiyalar Nazirliyi, 2020
  hüquqi aktların təkmilləşdirilməsi Dövlət Təhlükəsizliyi  
      Xidməti, Xüsusi Dövlət  
      Mühafizə Xidmətinin Xüsusi  
      Rabitə və İnformasiya  
      Təhlükəsizliyi Dövlət  
      Agentliyi, Müdafiə Nazirliyi  
5.6.2. Dövlət orqanlarının internet Xüsusi Dövlət Mühafizə mütəmadi
  informasiya resurslarının və Xidmətinin Xüsusi Rabitə və  
  informasiya sistemlərinin İnformasiya Təhlükəsizliyi  
  təhlükəsizlik parametrləri üzrə Dövlət Agentliyi  
  monitorinqinin həyata keçirilməsi    
5.6.3. "Elektron hökumət" Xüsusi Dövlət Mühafizə mütəmadi
  infrastrukturunun əsas Xidmətinin Xüsusi Rabitə və  
  komponentlərinin təhlükəsizliyinin İnformasiya Təhlükəsizliyi  
 
 
  təmin edilməsi üçün tədbirlər həyata Dövlət Agentliyi, Rabitə və  
  keçirilməsi   Yüksək Texnologiyalar  
      Nazirliyi  
5.6.4. İnformasiya təhlükəsizliyi sahəsində Rabitə və Yüksək 2016-
  digər ölkələrdəki analoji Texnologiyalar Nazirliyi, 2020
  strukturlarla və beynəlxalq Xüsusi Dövlət Mühafizə  
  təşkilatlarla əməkdaşlığın qurulması Xidmətinin Xüsusi Rabitə və  
  və inkişaf etdirilməsi   İnformasiya Təhlükəsizliyi  
      Dövlət Agentliyi, Dövlət  
      Təhlükəsizliyi Xidməti,  
      Müdafiə Nazirliyi, Xarici İşlər  
      Nazirliyi, Azərbaycan  
      Respublikasının Prezidenti  
      yanında Vətəndaşlara Xidmət  
      və Sosial İnnovasiyalar üzrə  
      Dövlət Agentliyi  
  5.7. Milli kontentin inkişaf etdirilməsi  
       
5.7.1. Qlobal informasiya məkanında Azərbaycan Milli Elmlər 2016-
  Azərbaycan Respublikası ilə Akademiyası, Təhsil 2020
  əlaqədar məlumatların   Nazirliyi, Mədəniyyət və  
  genişləndirilməsi   Turizm Nazirliyi, Xarici İşlər  
      Nazirliyi, Rabitə və Yüksək  
      Texnologiyalar Nazirliyi  
5.7.2. Azərbaycan həqiqətlərinin virtual Azərbaycan Milli Elmlər 2016-
  məkanda təbliği və yayılmasının Akademiyası, Rabitə və 2020
  genişləndirilməsi üzrə tədbirlər Yüksək Texnologiyalar  
  görülməsi   Nazirliyi, Xarici İşlər  
      Nazirliyi, Gənclər və İdman  
      Nazirliyi, Diasporla İş üzrə  
      Dövlət Komitəsi, Azərbaycan  
      Respublikasının Prezidenti  
      yanında Vətəndaşlara Xidmət  
      və Sosial İnnovasiyalar üzrə  
      Dövlət Agentliyi  
5.7.3. Yerli xalqların və milli azlıqların Mədəniyyət və Turizm 2016-
  adət-ənənələrinin qorunmasına dair Nazirliyi, Azərbaycan Milli 2020
  müxtəlif elektron informasiya Elmlər Akademiyası,  
  resurslarının yaradılması Azərbaycan Respublikasının  
      Prezidenti yanında Bilik  
 
 
    Fondu və yerli icra  
    hakimiyyəti orqanları  
5.7.4. Onlayn medianın inkişaf etdirilməsi Mətbuat Şurası, Azərbaycan 2016-
  üçün tədbirlər görülməsi Respublikasının Prezidenti 2020
    yanında Kütləvi İnformasiya  
    Vasitələrinin İnkişafına  
    Dövlət Dəstəyi Fondu, Rabitə  
    və Yüksək Texnologiyalar  
    Nazirliyi, Azərbaycan Milli  
    Elmlər Akademiyası  
 





21/09/16    Çap et