Dünyada 1 terabaytlıq ilk SD yaddaş kartı təqdim edilib
20-25 sentyabr tarixlərində Almaniyanın Köln şəhərində keçirilən “Photokina 2016” sərgisində “Western Digital” şirkəti tərəfindən dünyada 1 terabayt tutumunda ilk SD yaddaş kartı təqdim edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “
dailycomm.ru” saytına istinadən yazır ki, “Western Digital” şirkətinin nümayəndəsi bildirib ki, daşıyıcı böyük yaddaş tələb edən məzmun (“4K” materiallar, panorama videosu, virtual reallıq və sairə) üçün gərəklidir.
"Bir neçə il əvvəl 1 terabaytlıq SD kart ideyası qəribə səslənirdi. İndi bu, reallığa çevrildi. Biz virtual reallıq kimi texnologiyalara tələbatın artması ilə yüksək keyfiyyətdə fasiləsiz videoçəkiliş üçün terabaytlıq daşıyıcılardan istifadə edə biləcəyik" – “Stargate Studios” şirkətinin direktoru və Amerika
Kinematoqrafçılar Cəmiyyətinin üzvü Sem Nikolson deyib.
Terabaytlıq yaddaş kartının satışa çıxarılma tarixi və qiyməti haqda məlumat yoxdur.
Emil Hüseynov