Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ələt qəsəbəsində CDMA baza stansiyası qurulması nəzərdə tutulub


Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) Ələt qəsəbəsində vətəndaşların telefon rabitəsinə olan tələbatının ödənilməsi məqsədilə CDMA baza stansiyasının qurulmasını planlaşdırır.

Bakı və ətraf qəsəbələrdə aparılan monitorinq nəticəsində daha bir neçə yerdə stansiyaların qurulmasına ehtiyac yarandığı məlum olub.

Hal-hazırda BTRİB tərəfindən Mərdəkanda qurulan baza stansiyasında son tamamlanma işləri aparılır və yaxın vaxtlarda stansiyanın istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, avadanlıqlar “Huawei” şirkətindən alınıb və şəbəkə üzrə ümumi tutum 20 min nömrəyə çatdırılıb.




26/09/11    Çap et