Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnsan emosiyasını müəyyənləşdirən “Wi-Fi” marşrutlayıcı təqdim edilib (VİDEO)


Yaxın vaxtlarda "Wi-Fi" marşrutlayıcılar öz sahibinin əhval-ruhiyyəsini müəyyənləşdirə biləcək. Massaçusets Texnologiya İnstitutunun nəzdində Kompüter Elmləri və Süni İntellekt Laboratoriyasının mütəxəssisləri tərəfindən ixtira edilmiş qurğu simsiz siqnalların köməyi ilə insanın emosional vəziyyətini müəyyənləşdirmək qabiliyyətinə malikdir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "securitylab.ru" saytına istinadən yazır ki, "EQ-Radio" adlı qurğu insanın nəbzini və nəfəsini ölçür və bu məlumatlar əsasında onun qəzəb, sevinc kimi  hisslərini müəyyənləşdirir. Radio dalğalar qurğunun ürək döyüntüsü və nəfəsdə ən kiçik dəyişiklikləri qeydə almasınsa imkan verir. Toplanılmış məlumatlar bir sıra  alqoritmlər və kompüter əməliyyatlarının  köməyi ilə emal edilir, daha əvvəl toplanılmış məlumatlarla müqayisə edilir və dörd kateqoriyadan (həzz, sevinc, qəzəb və ya qəm) birinə aid edilir.
 
"EQ-Radio" qurğusundan istifadə etmək üçün hər hansı datçik və ya əlavə qurğu geyməyə ehtiyac yoxdur. Cihaz "Wi-Fi"-da olduğu kimi, eyni tezlikdən istifadə edir, amma 1000 dəfə daha az enerji sərf edir.
 

Emil Hüseynov







22/09/16    Çap et