Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazir Şəmkirdə vətəndaşlarla görüşəcək


Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə  30.09.2016-cı il tarixdə saat 1500 -da Şəmkir şəhərində  Şəmkir, Tovuz, Ağstafa, Qazax və Gədəbəy rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlardan “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Şəmkir rayonunda                    02230 53049
Tovuz rayonunda                      02231 53599
Ağstafa rayonunda                   02222 52995
Qazax rayonunda                      02229 50863
Gədəbəy rayonunda                 02232 60004
 
nömrəli telefonlara zəng etmələri xahiş olunur.





23/09/16    Çap et