Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bütün seysmoloji stansiyalar peyk rabitəsinə qoşulub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmologiya Mərkəzinin (RSM) bütün stansiyaları peyk rabitəsinə qoşulub.
Bu barədə “ictnews”-a RSM-in baş direktorunun müavini Azay Rzayev məlumat verib. Onun sözlərinə görə, perspektivdə nəzərdə tutulan bütün stansiyalar “Delta Telekom” şirkətinin üzərindən peyk sisteminə qoşulacaq.
"Bu gün respublika ərazisində işləyən seysmik stansiyaların ümumi sayı 30 ədəd təşkil edir. Perspektivdə əlavə maliyyə vəsaitinin alınmasından sonra daha səkkiz stansiyanın quraşdırılması planlaşdırılır.
Onlardan üçü dənizdə ("Ümid", "Çilov" və "Çıraq" yataqlarında), qalanları isə quruda fəaliyyət göstərəcək" Qeyd edək ki, baş stansiya Bakıda Akademiya şəhərciyinin ərazisindədir.
Buraya peyk vasitəsilə real zaman rejimində mütəmadi olaraq respublikanın seysmoaktiv nöqtələrində quraşdırılmış vibrasiya sensorlarından məlumat daxil olur.
26/09/11 Çap et