Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Firefox brauzerinin istifadəçiləri DİQQƏT!
Açıq kodlu Firefox veb-brauzerinin istifadəçiləri Windows Update serverini imitasiya edən səhifədən hədəfi istifadəçilərinin fərdi kompüterinə saxta antivirus proqram təminatını yükləmək olan yeni hiyləgər sxemlə qarşılaşıblar.
Sophos şirkəti psevdo-antivirusların həcmlərinin sürətli artması haqqında məlumat yayıb. Yeni hadisənin xüsusiyyəti ondan ibarətdir ki, o məhz Firefox istifadəçilərinə yönəldilib və yönləndirici səhifələr şəbəkəsi vasitəsilə “tilov”a düşmüş istifadəçiləri Windows Update-in saxta səhifəsinə istiqamətləndirir. Həmin saxta səhifədə istifadəçilərə əslində saxta antivirus olan 2,8 meqabaytlıq paketi "təcili yükləmək" təklif edilir. Yüklənən paket isə əslində kompüterdə zərərverici proqram təminatının surətlərini yerləşdirir.
"İndi istifadəçilər heç vaxt olmadığı kimi ayıq olmalıdırlar. Psevdo-antiviruslar – bu, kibercinayətkarlar üçün böyük biznesdir və onlar istifadəçilərin daxil olduğu və yüklədiyi səhifələrin qanunauyğunluğunun tam illüziyasını yaratmaq üçün çox vaxt və səy xərcləməyə hazırdırlar" - Sophos şirkətinin baş texniki konsultantı Qrem Kluli bildirib.
13/06/11 Çap et