Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2020-ci ildə dünya iqtisadiyyatının 25%-i rəqəmləşdiriləcək


2020-ci ildə dünya iqtisadiyyatının 25%-i rəqəmləşdiriləcək. Rəqəmləşdirmə prosesi sürətlə gedir: 15 il bundan əvvəl bu göstərici 15%-ə bərabər idi. Mobil və “bulud” texnologiyaları, “əşyalar interneti” (“IoT”) və “Big Data” bu artımı təmin edir.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, bu haqda Taras Şevçenko adına Kiyev Milli Universitetinin tələbələri ilə görüş zamanı “Microsoft Multicountry”nin Mərkəzi və Şərqi Avropa üzrə baş direktoru Maykl Koqler deyib.

Xatırladaq ki, “Accenture” şirkətinin “Technology Vision 2016” adlı illik tədqiqat məlumatına görə, beynəlxalq şirkətlərin direktorlarının 82%-i əmindir ki, rəqəmli texnologiyalar istehlakçı, partnyor və istehsalçıların ekosistemi əsasında yeni texnoloji inqilabın bünövrəsi olmaq qabiliyyətinə malikdir.

Sorğuda iştirak etmiş 3100 iş adamı və İT direktorlarının 86%-nin fikrincə, yaxın üç ildə iqtisadiyyatda texnoloji dəyişikliklərin tempi görünməmiş sürətlə artacaq.

“Accenture” şirkətinin tədqiqatında beş əsas texnoloji trend ayrılıb:

- süni intellekt, robot və artırılmış reallıqdan istifadəyə əsaslanan "ağıllı" avtomatlaşdırma;

- elastik əmək ehtiyatları (istənilən dəyişikliklərə tez uyğunlaşan mühit rəqəmli dünyada biznes tələblərinə hazır);

- yeni ekosistem və texnoloji platformalara əsaslanan platforma iqtisadiyyatı və biznes modelləri;

- sahə üzrə sərhədləri aradan qaldıran gözlənilən texnoloji irəliləyiş;

- Rəqəmli dünyada etimadın təmini.

Emil Hüseynov





28/09/16    Çap et