Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İT nəhəngləri süni intellektin inkişafı məqsədilə tərəfdaşlıq yaradıblar


ABŞ-ın beş İT şirkəti (“Google”, “Facebook”, “Amazon”, “IBM” və “Microsoft”) süni intellektin inkişafı məqsədilə qeyri-kommersiya tərəfdaşlığı yaradıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, yeni təşkilat "Xalq və cəmiyyət naminə süni intellekt üzrə tərəfdaşlıq" adlandırılıb. Nəşr yazır ki, təşkilat tədqiqat fəaliyyəti, ən yaxşı təcrübələrin irəliləyişi və müxtəlif sahələrdə aparılmış tədqiqatların nəticələrinin dərci ilə məşğul olacaq.

Bu halda sözügedən qəzet yazır ki, “Apple” şirkəti və “SpaceX” şirkətinin yaradıcısı Elon Mask tərəfindən təsis edilmiş “OpenAI” tərəfdaşlığa daxil edilməyib.

Emil Hüseynov





29/09/16    Çap et